Mərkəzi Bank müsabiqəni yekunlaşdırıb

Mərkəzi Bank müsabiqəni yekunlaşdırıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Naxçıvan MR – 90 il", "Əsrin Kontraktı – 20 il" və "Bakı-Tbilisi-Qars dəmiryolu" mövzularında xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə elan edilmiş müsabiqə yekunlaşdırıb. Müsabiqəyə təqdim olunmuş eskizlər Münsiflər Heyəti tərəfindən qiymətləndirilmiş və iştirakçılardan Rəssamlar İttifaqının üzvü Natiq Fərəcullazadə hər 3 mövzuda hazırladığı dizayn üzrə qalib elan edilib.

Qalib layihələrin hər biri üzrə müvafiq qaydada mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə