“Çilov” yatağında yeni quyu qazılır

“Çilov” yatağında yeni quyu qazılır

"Çilov" yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə