2,3 milyon ton neftimiz dünyaya çıxıb

2,3 milyon ton neftimiz dünyaya çıxıb

Bu ilin fevral ayında 2 345,024 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. SİA-nın Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92,124 min ton yaxud 4,09% çoxdur.

Xatırladaq ki, bu həcmin 1 630,35 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,058 min ton yaxud 0,73% azdır.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 824,320 min ton təşkil edib.

Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2015-ci il martın 1-dək Ceyhan limanından 266 763,4 min ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə