Əli Əlirzayev: “Bununla bağlı dövlət sərt addımlar atmalıdır” AÇIQLAMA
"Avtomobillərin satışında bahalaşma sırf bazardan asılı olan bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, maşınların qiymətini aşağı salmaq üçün gömrük rüsumları azaldılmalı və bu sahədə rəqabət mühiti artırılmalıdır: "Digər bir məsələ isə xaricdən gətirilən avtomobillərin dollarla alınmasıdır. Əvvəl ucuz başa gəlirdisə, hazırda biraz fərq yaranır. Bu təbii bir məsələdir. Bunun qarşısını almaq üçün gömrük rüsumları azaldılmalıdır. Bundan başqa iqtisadi mexanizmlər gücləndirilməlidir. Vergilərdə cüzi azalma olmalıdır, enerji resurslarının tariflərində isə endirim olmalıdır. Yəni əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edən amillər azaldılmalıdır. Maşın bazarında rəqabət mühiti artırılmalıdır ki, gətirilən maşınların qiymətində fərqlə olsun və alıcılar onlara sərf edən idxalçıdan avtomobilini əldə etsin".
Ekspert maşınların təmirində də bahalaşmanın olduğunu ifadə edərək, bunun süni artım olduğunu vurğulayıb. Bununla bağlı dövlətin sərt addım atmalı olduğunu qeyd edib: "Təmir bazarında isə hələ bir neçə müddət əvvəldən bahalılıq başalmışdı. Sadəcə maşın bazarında deyil, digər əşyaların təmirində də bahalılıq müşahidə olunur. Bu da hesab edirəm ki, süni bir artımdır. Zəncirvari olaraq davam etdirilir. Təmirlə məşğul olanlar iddia edirlər ki, əgər xərcim artırsa, bu zaman qiymətlərdə də artım olmalıdır. Düzdür dövlət hələ ki, əmək haqları ilə bağlı yüksək artım etməyib. Əgər bu baş verərsə, bundan istifadə edənlərin sayı da çoxalacaq. Çünkü əmək haqqı artırsa birinci növbədə, işbazlar da qiymət artımına hücum edirlər. Bununla bağlı dövlətin sərt addımları olmalıdır, onlar təlimatlandırılmalıdır ki, əhaliyə qarşı bu kimi addımları atmasınlar. Yəni bu zəncirvari bir prosesdir və bunun qarşısını almaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB