Müslim İbrahimov: “Toxumçuluğun inkişaf etdirilməsində ciddi işlər görülür” AÇIQLAMA
"Əgər hər hansı bir kənd təsərrüfatı bitkisini hansısa ölkədə istehsal etməyə başlayırsansa, birinci növbədə toxum növü seçirsən. Hansı ki, o torpağın strukturuna adaptiv seçilmiş olur". Bu sözləri SİA-ya açıqlamasında aqrar sahə üzrə ekspert Müslim İbrahimov deyib. Onun sözlərinə görə, bir neçə toxum növü seçilərək onlar üzərində laboratoriyada təcrübə aparılır. Bu proses hələ Sovet dövründə Azərbaycanda tətbiq olunub: "Burda bir neçə toxumların birləşməsi ilə labaratoriya təcrübəsi apararaq genetik dəyişiklik etməklə ən adaptiv toxum çıxarılır. Bir neçə toxumların əsasında şəraitə uyğun toxum çıxarılır ki, bu da məhsuldarlığa, iqlimə dözümünə, torpağın strukturuna görə seçim aparılır. Məsələn, Azərbaycanda Sovet höküməti vaxtında müəyyən taxıl, bir neçə məhsullar adaptiv bitkilərdir. Elmi tədqiqat nəticəsində labaratoriya əsasında buranın şəraitinə uyğun bitkilər müəyyənləşir və təbii ki birinci növbədə toxumda özünü göstərir. Toxumda bütün kimyəvi bioloji prosseslər keçirilir".
Ekspertin sözlərinə görə, cənab Prezidentin Sərəncamına uyğun olaraq yaradılan toxum fondunda aparılan təcrübələr nəticəsində əldə edilən iqlimə davamlı sortlar müəyyən edilərək saxlanılacaq, fermerlər tərəfindən kütləvi istifadə edilməsi üçün təklif olunacaq: "Cənab Prezidentin sərəncamına uyğun olaraq yaradılan Toxum Fondunun kənd təsərrüfatının inkişafında böyük rolu olacaq. Toxumlar daha çox yerli şəraitə uyğunlaşdırılacaq. Məsələn, Azərbaycanda yağışların olmasına, yay vaxtının müddətinə, qış vaxtının iqliminə görə, əraziyə uyğun müxtəlif bitki sortları kəşf olunur. Əgər bu toxumlar davamlı olaraq yüksək keyfiyyətlidirsə, bu toxumlar fondda yığılır və saxlanılır. Daha sonra isə fermerlərin istifadəsi üçün vətəndaşlara paylanılır. Hər keçən müddətdə həmin toxumçuluğun inkişaf etdirilməsi üçün ciddi işlər görülür. Əldə edilən məhsulun bir hissəsi istifadə olunsa da, bir hissəsi yenə fonda göndərilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB