Əli Əlirzayev: “Yerli məhsulun artımı qiymətləri aşağı salacaq” AÇIQLAMA

Əli Əlirzayev: “Yerli məhsulun artımı qiymətləri aşağı salacaq” AÇIQLAMA

"Azərbaycan dollardan mütəmadi olaraq istifadə edən məkanda yerləşir və bu valyutaya tələbat yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. Onun sözlərinə görə, ölkəmizə xaricdən gətirilən malların qiymətlərinin artırılmasının qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Ölkəyə əvvəlki ucuz valyuta ilə gətirilən məhsulların ucuz qiymətlə satışına nəzarət edilməlidir: "Ölkəmizə valyuta olaraq dolların axını bir neçə istiqamətdə baş verir. Manatın məzənnəsi dollara nisbətən 33 faiz endikdə, xaricdən gətirilən mallara bu təsirsiz ötüşməyəcək. Amma onu deyim ki, hazırki məhsullar dolların bahalaşmasından əvvəl gətirilmişdi. Buna görə də, bu gün nəzarət etmək lazımdır ki, gətirilən məhsullar hansı ki ucuz gətirilib onların qiyməti aşağı şəkildə satışa verilsin. Bir müddət vaxt vermək lazımdır ki, bu mallar qurtarana qədər istifadə olunsun. Lakin təzə qiymətlə gətirilən malların qiymətinə təsir etmək mümkün deyil. Çünkü malı gətirən adam baha qiymətlə gətirmiş olacaq. Mallar da xaricdən gətirilirsə, dollar da xarici valyutadırsa bu zaman qiymətlərə heç bir təsir oluna bilməz. İstər – istəməz ölkəyə gətirilən malın maya dəyəri baha başa gələcək".

Əli Əlirzayev həmçinin qeyd etdi ki, artıq yerli məhsulları kütləvi şəkildə bazara çıxarmağa ehtiyac var. Belə olduğu halda, bazarda qiymət artımının qarşısı alınmış olacaq: "Bu artımın qarşısını almaq üçün dövlətin siyasəti xüsusi önəm daşıyır. Maqazinlərdə reydlər keçirilməlidir, düzgün qiymətləndirmə prinsipləri ortaya qoyulmalıdır. Qeyd edim ki, bu proses biraz çətin prosesdir. Yerli məhsulu artırmaq yolu ilə, bazara yerli məhsulu daxil etmək yolu ilə bəlkə də xarici malların alıcılıq qabiliyyətini azaltmaq olar. Bu vaxt da məcbur olaraq bizneslə məşğul olan şəxslər qiymətləri aşağı salacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə