"İkinci peykin əsas dəyəri 157 milyon avrodur". Bunu bu gün Caspian European Club çərçivəsində keçirilən biznes – forumundan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazir cənab Əli Abbasov deyib.
Onun sözlərinə görə, layihənin 85 faizini kredit təşkilatları vasitəsilə gerçəkləşdiririk. Bir neçə ilə qoyulan investisiyanı əldə edəcəyik: "Layihənin 15 %-ni Azərbaycan höküməti, 85 faizini isə kredit təşkilatları vasitəsilə maliyyələşdirir. Bu rentabelli bir layihədir. 5-7 ilə yəqin ki, qoyulan investisiya geri qaytarılacaq".
Nazir həmçinin vurğulayıb ki, layihəyə artıq bu ilin yanvar ayından start verilib. Kreditorlarla 15- 20 milyon manatlıq müqavilə bağlanıb: "Artıq yanvarın 1-dən fəaliyyətə başlamışıq və əsasən də xidmət xarici ölkələrə xidmət edir. Bu ilə artıq onların 15- 20 milyon avroluq müqavilə imzalanıb. Artıq bu müqavilələrin çərçivəsi genişlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB