SOCAR-ı Gürcüstanda uğurla təmsil edən "SOCAR Energy Georgia" MMC-nin tərkib hissəsi olan "SOCAR Georgia Gas" 2007-ci ildə qonşu respublikanın qaz bazarında fəaliyyət göstərmək məqsədi ilə yaradılıb. Şirkət təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə məşğul olmaqla yanaşı, Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir. Yola saldığımız 2014-cü ildə 1000 kilometrdən artıq yeni qaz xәtlәri çəkilib, nəticədə 47,1 min abonent təbii qazla təmin olunub. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, hazırda Gürcüstan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 410 mindən artıqdır. Bu ilin sonuna kimi Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayı 480 minə çatdırılacaq.
2014-cü il ərzində Gürcüstan bazarına ümumilikdə 1,348 milyard kubmetr həcmində təbii qaz çatdırılıb ki, bu da 2013-cü illə müqayisədə 10,5% çox olub. Təkcə "SOCAR Georgia Gas" MMC vasitəsilə Gürcüstan bazarına 798 milyon kubmetr kommersiya təyinatlı təbii qaz idxal olunub. Qeyd edək ki, "SOCAR Georgia Gas" MMC 2014-cü ildə qonşu respublikanın qazlaşdırılması layihələrinə təxminən 21,4 milyon dollar məbləğində sərmayə yatırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB