Mənsur Bərxudarov: “Azərbaycanın əhəmiyyəti Avropa üçün daha da artacaq” AÇIQLAMA

Mənsur Bərxudarov: “Azərbaycanın əhəmiyyəti Avropa üçün daha da artacaq” AÇIQLAMA

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yeri və rolu müstəsna əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi strateji mövqeyi Avropanın enerji təhlükəsizliyində böyük rol oynamasına səbəb olan amillərdən biridir. Avropa ölkələrinə qaz ixracı birbaşa Azərbaycanla bağlı bir məsələdir, Azərbaycansız bu ixrac qeyri-mümkündür: "Sırf geoiqtisadi mövqe və geostrateji baxımından Azərbaycanın yerləşmə mövqeyi elədir ki, Rusiyadan Avropa İttifaqı ölkələrinin, qərb ölkələrinin enerji asılılığının azaldılması istiqamətində Transxəzər Dəhlizi vasitəsilə Avropa ölkələrinə qaz ixrac olunsun. Bu yol bir başa Azərbaycanla bağlıdır. Yəni gələcəkdə Tükmənistan, Qazaxıstan qazının və digər ölkələrin hamısı Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropa ölkələrinə aparılacaq. Buna görə də Azərbaycansız Transxəzər qaz layihəsini təsəvvür etmək qeyri-mümkündür. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edilməsində yeri get-gedə daha çox görüləcək".

Ekspert qeyd etdi ki, Azərbaycanın alternativ enerji yolu olması Avropa üçün ən vacib amillərdən biridir. Azərbaycan Prezidenti də bu amili düzgün qiymətləndirir: "Əvvəlki 63 milyard dollarlıq layihə olan Cənub Axınını hazırda Türk Axını adlandırırlar. Bu layihə alternativ mənbə kimi qiymətləndirilir. Bütövlükdə Avropa ölkələrinin Rusiyadan enerji asılılığının azalması fonunda Azərbaycanın əhəmiyyəti Avropa üçün daha da artacaq. Əlbəttə ki, cənab Prezidentimiz İlham Əliyev də perspektiv gələcək baxımından Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu çox düzgün olaraq qiymətləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə