Elektrik təchizatı diqqət mərkəzində saxlanılır

Elektrik təchizatı diqqət mərkəzində saxlanılır

Qaz Emalı Zavodunun elektrik sisteminin yaxşılaşdırılması, enerji təchizatının gücləndirilməsi məqsədi ilə 2014-cü ildə mühüm işlər görülüb. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, istismarda olan 35/6 kV-luq yarımstansiya rekonstruksiya olunub, yeni avadanlıqlar quraşdırılıb. Zavodun texnoloji qurğu və obyektlərini qidalandıran yeraltı kabel xətləri torpağın üstünə çıxarılıb, kabellərin yerləşdirilməsi üçün 980 metr uzunluğunda 6 kV-luq və 1432 metr uzunluğunda 0,4 kV-luq kanallar tikilib.

Qeyd edək ki, görülmüş işlər kabel xətlərinin istismar müddətini artırıb, elektrik avadanlıqlarının etibarlı və fasiləsiz işləməsini təmin edib.

2014-cü ildə zavod üzrə sərf olunan elektrik enerjisi 2013-cü ilə nəzərən 73168 kVt/saat azaldılıb və müəssisəyə nəzərəçarpacaq iqtisadi səmərə verib.

Bundan başqa, zavodun 6 kV-luq paylayıcı quruluşlarında olan 144 ədəd KSO-272 tipli yuvalardakı yağ açarlarının istismardan çıxarılması nəzərə alınaraq, 512 və 5 nömrəli yarımstansiyalarda 58 ədəd yağ açarı müasir tipli BB/TEL-1000 vakuum açarlarla əvəz olunub. Nəticədə 6 kV-luq öaylayıcı quruluşun avadanlıqlarının etibarlı və fasiləsiz işləməsi təmin olunub, fəhlə əməyi aradan qaldırılıb, avadanlığın istismar ömrü uzadılıb, ən əsası isə bütün bunlar ekoloji cəhətdən yüksək səmərə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə