Sahibkarlar müsabiqəyə dəvət olunur

Sahibkarlar müsabiqəyə dəvət olunur

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar 2015-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək Sahibkarlıq üzrə Beynəlxalq Mükafatlandırma müsabiqəsində iştiraka dəvət olunurlar. SİA-nın məlumatına görə, mükafatlandırma 5 əsas nominasiyalar üzrə keçiriləcək:

-Yeni başlamış ən yaxşı layihə;

-Hazırda davam edən ən yaxşı layihə;

-Ən yaxşı sahibkar;

-Ən yaxşı təlimatçı;

-Öncül uşaq sahibkarlar mükafatı.

Qeyd edək ki, sənədlər 2015-ci ilin 28 fevral tarixinədək qəbul olunur. Müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Şahzədə Əbdüləzizin Baş Katibliyi:

Tel.: +966112253100 (dax.:1001);

E-mail: [email protected]

Veb səhifə: www.abdulazizprize.org.sa

Bütün xəbərlər Facebook səhifəmizdə