Quyu istismara verildi

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı meydançadan 2679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, quyu X horizontdan, 2580-2572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə