"İnkişaf gözləməyə dəyməz"
Erməni iqtisadçıdan ACI ETİRAF

"Ermənistan Rusiya rublunun tezliklə bərqərar olmayacağı ilə bağlı vəziyyətlə barışmalıdır. Baxmayaraq ki, Rusiya rəhbərliyi vəziyyətdən çıxacağı ilə bağlı söz verib". SİA xəbər veirr ki, bu fikirləri erməni iqtisadiyyatçı Vaaqn Xaçatryan "lragir.am" saytına müsahibəsində deyib.

Xaçatryan deyib ki, erməni xalqı 2015-ci ildə hər hansı müsbət yönlü dəyişikləri gözləməməlidir: "İqtisadiyyat inkişaf etmir və bizdə nəninki 3,9 %, ya da 3,2%, heç 2,8-3% artım belə gözlənilmir".

Erməni iqtisadçı etiraf edib ki, onun ölkəsi bilavasitə Rusiya iqtisadiyyatından asılı vəziyyətə düşüb. O, rus rublunun devalivasiyasının Ermənistana təsir etdiyini deyib: "Nə qədər ki, Rusiya rublu enişdə olacaq, Rusiya iqtisadiyyatı da inkişaf etməyəcək. Əlbəttə ki, burada neftin ucuzlaşması faktoru da mövcuddur".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə