Məşhur banka Azərbaycanda lisenziya verildi

Məşhur banka Azərbaycanda lisenziya verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "T.C. Ziraat Bankası"nın Azərbaycanda törəmə bank təsis etməklə bağlı müraciətinə müsbət cavab verib. SİA-nın məlumatına görə, qurumun İdarə Heyətinin qərarı ilə "Ziraat Bank Azərbaycan" ASC-yə bank lisenziyası verilib. Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə