İsmail Hüseynov: “Ən az 5 bank birləşəcək” Açıqlama

İsmail Hüseynov: “Ən az 5 bank birləşəcək” Açıqlama

"Əmanət depozitlərinin qəbul olunması faizləri aşağı salmışdı. Bankların vətəndaşlara verilən kreditlərin faizlərini aşağı salması özlərindən asılı olan məsələdir". SİA-nın məlumatına görə, bu sözləri iqtisadçı ekspert İsmail Hüseynov deyib.

O bildirib ki, Mərkəzi Bank vətəndaşlara verilən kreditlərin faizlərinin azaldılmasını tələb edə bilməz, bu bankların yeritdiyi siyasətdən asılıdır: "bu, hər bir bankın öz siyasətindən asılıdır. Çünki faizlər hesablananda onun ilkin dəyəri nəzərə alınır. Xərclər də dəyərə əsasən götürülərək dəyərləndirilir. Mərkəzi Bank faizlərlə bağlı bankları məcbur edə bilmir. Onlar özləri faizləri müəyyənləşdirir. Ama siğortalarla bağlı faizlər aşağı salındı. Çünkü götürülən depozitin üzərinə 5 faizdən artıq gəlmək mümkün deyil. Əgər 9 faizlə vətəndaşdan depozit alınırsa, bankın özünün 5 faizi ilə bu pul bankda saxlanıla bilməz".

Ekspert bankların nizamnamə kapitalı ilə bağlı bu ilin sonuna qədər verilən vaxta da münasibət bildirib. O, deyib ki ən az 5 bankın birləşəcəyi proqnozlaşdırılır: "2014-cü ilin yanvarın 1-dən etibarən bankların nizamnamə kapitalı 10 milyon manatdan 50 milyona qaldırıldı. Əvvəl banklar bu kapitala hazır olmadığına görə, bu tələb 2015-ci ilin yanvarın 1-ə qədər artırıldı. Nizamnamə kapitalını yığa bilməyən banklar deaktivləşdiriləcək vəya ləğv ediləcək. Amma hesab edirəm ki, bir çox bank birləşdiriləcək. Çünkü bəzi banklar nizamnamə kapitalının yığımı ilə bağlı heç bir tədbir görməyib. İlin sonunda veriləcək hesabatda bu bankların adı bəlli olacaq. Hansı bankların bağlanacağı, hansılarının birləşəcəyi yanvarın 1-də məlum olacaq. Aparılan tədbirlərdən görünür ki, ən az 5 bank birləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə