İqtisadi situasiya və rublun kəskin devalivasiyası bizneslə məşğul olan bir sıra Rusiya iş adamlarının maliyyə itkilərinə səbəb olub. Bütövlükdə, Rusiyanın 15 ən varlı milyarderi iki sutka ərzində 8,65 milyard ABŞ dolları itirirblər.
Belə ki, "Arsenal" futbol klubunun səhmdarlarından biri olan Alişir Usmanov rusiyalı biznesmenlər içində ən çox maliyyə itkisinə məruz qalanlardandır. "Vanty Fair" yazır ki, Usmanov 48 saat içində 809 milyon dollar itirib.
"Çelsi" futbol klubunun sahibi Roman Abramoviç isə iki sutkada 449,5 milyon dollar, "Monako" klubunun sahibi Dmitri Rıbolovlev 150 milyon dollar, "Krasnodar" klubunun sahibi Sergey Qalitskiy isə 1,46 milyon dollar kasıblayıb.
2014-cü ilin başlanğıcından isə Rusiyanın 20 ən varlı biznesmenlərinin maliyyə itkiləri 64 milyard dolları təşkil edir. Onlar ümumilikdə öz aktivlərindəki 174 milyard dollara nəzarət edirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB