10 ayda Respublikada nələr tikilib? STATİSTİKA

10 ayda Respublikada nələr tikilib? STATİSTİKA

Cari ilin 10 ayı ərzində respublika üzrə 1025,5 kilometr avtomobil yolu tikilib, yenidən qurulub və ya təmir edilib, 35 yeni körpü, 6 tunel, 15 piyada keçidi inşa olunub. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov məlumat verib.

O bildirib ki, bu yollardan 288,6 kilometri respublika əhəmiyyətli, 681,9 kilometri yerli əhəmiyyətli, 55 kilometri isə Bakı şəhəri ərazisindəki yollardır: "Nəqliyyat Nazirliyinin xidmət etdiyi avtomobil yollarının yenidən qurulan hissələrində 836 yol nişanı, 10 min 665 siqnal dirəyi, 38 min 974 poqonmetr əyrixətli tirlər quraşdırılıb, 2267366 kvadratmetr yolun xətlənməsi və 267861 kvadratmetr yol elementlərinin rənglənməsi işləri görülüb". (AzərTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə