Azərbaycanda benzinin qiymətinin aşağı salınması təklif edilir
Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir. SİA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 30 məsələ daxil edilib.
Çıxış edən millət vəkili Musa Quliyev beynəlxalq təşkilatlarda çıxış edən nümayəndə heyətlərimizin Azərbaycan dilində çıxış etməsini təklif edib: "Mən istərdim ki, bizim beynəlxalq təşkilatlarda çıxışlarımız Azərbaycan dilində səslənsin. Düzdür bir sıra deputatlarımız ingilis dilində bilir, amma çox ölkələrin nümayəndələri beynəlxalq təşkilatlarda öz dillərində danışdığı halda nəyə görə biz öz dilimizdə danışmamalıyıq? Özümüzlə tərcüməçi apar bilərik. Hesab edirəm ki, bu elədə böyük xərc tələb etmir. Bizim beynəlxalq tədbirlərdə Azərbaycan dilində çıxış etməyimiz ölkəmizə daha da hörmət gətirər".
Milli Məclisin sədri Oktay Əsədov təklifə etiraz etmədiyini deyərək qeyd edib ki, gələcəkdə bu məsələyə baxıla bilər.
Millət vəkili Vahid Əhmədov dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə diqqət çəkərək Azərbaycanda benzinin qiymətinin aşağı salınmasının vacibliyini qeyd edib: "Bu gün neftin qiyməti aşağı düşərək 60 dollara yaxınlaşır. Bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyənin özündə benzinin qiymətində çox ciddi enmələr baş verir. Azərbaycan hökumətindən belə bir addımı atmasını gözləsək də, bu baş vermir. Hansı ki, Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Tarif Şurası faktiki olaraq benzinin qiyməti məsələsinə baxmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB