Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində "Bilik mübadiləsi" layihəsi çərçivəsində kommersiya banklarının əməkdaşları üçün "Bazel III" standartlarına dair seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarın məqsədi bankların risklərin idarəedilməsi departamentlərində çalışan əməkdaşlarını Bazel III-də olan yeniliklərin nəzəri və praktiki əsasları barədə məlumatlandırmaq olub.
Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin əməkdaşları iştirakçılara Bazel III-ün yaranmasına ehtiyac, Bazel III-də kapitalın tərkib elementləri, kapital adekvatlığı tələbləri, kapital buferləri, likvidlik riski üzrə tələbləri izah ediblər.
Eyni zamanda, Azərbaycanda Bazel III-ün tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB