"Azərbaycan, Türkiyə və Rusiya arasında iqtisadi ittifaqın yaranması mümkünsüzdür. Bu, inandırıcı məsələ deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov deyib.
Millət vəkilinin sözlərinə görə, Avropa ölkələri Azərbaycanın iqtisadi marağını daha çox cəlb edir: "Azərbaycan Avropaya inteqrasiya edən dövlətdir. Avropa ölkələri ilə çox yaxşı münasibətləri var. Bütün ixracatımızın 92-93 faizini təşkil edən neft-qaz məhsullarının da əsas alıcıları elə Avropa ölkələridir. Tranzit ölkə kimi Gürcüstan və Türkiyə vasitəsilə neft-qaz məhsullarımızı Avropaya ixrac edirik. Ona görə də, Azərbaycan-Türkiyə-Rusiya adlı bir ittifaqın yadılması inandırıcı deyil".
İqtisadçı qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri, qazla bağlı razılaşma imzalamaları deyilənlər qədər Azərbaycana maneələr yarada bilməz: "Bu münasibətlərlə Azərbaycan üçün heç bir problem yarana bilməz. Azərbaycan öz qazını TAP, TANAP layihələri vasitəsilə Avropaya çıxaracaq. Avropa dövlətləri də bunu yüksək qiymətləndirirlər. Hətta ola bilər ki, Türkmənistan qazı da bu layihə vasitəsilə Avropaya ötürülsün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB