Mənsur Bərxudarov: “Bolqarıstan tranzit ölkə olma statusunu itirir” Açıqlama
"Cənub Axınının təhlükəsizliyi bu gün təmin olunur. Cənub Axınından Bolqarıstan vasitəsilə enerjinin Qərbi Avropa ölkələrinə ötürülməsi, Avropanın enerjiyə olan tələbatında perspektivlərinin gözlənilməsi üçün nəzərdə tutulmuş layihədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Mərxudarov deyib.
Onun sözlərinə görə, bu enerji layihəsinin dayandırılması Avropaya təsir etməyəcək: "Bu gün bu layihənin həyata keçirilməsinin dayandırılması Avropanın enerji təhlükəsizliyinə heç bir təhdid yaratmır. Amma gələcəkdə əlbəttə ki, müəyyən təhdidlər yarada bilər. Bir neçə istiqamətdə bu məsələyə baxış vardır. Bunlardan birincisi, Amerika – Rusiya qarşıdurmasında Rusiyanın növbəti mövqeyini itirməsi kimi qiymətləndirilməsidir. İkinci nöqteyi – nəzər belədir ki, əksinə bu Rusiyanın geo-iqtisadi addımıdır. Avropanın enerji təhlükəsizliyinə təhdid yarada biləcək bir addımdır. Yəni, Rusiyanın xeyrinə qərbi avropa ölkələrinin gələcəyinə qarşılıq olaraq atılan addımdır. Burada ikili bir yarışma var. Hər halda qərb istiqamətində bu layihənin həyata keçirilməsinin dayandırılması o demək deyil ki, layihə tam dayandırılır. Bilirsiniz ki, bu layihə Türkiyə istiqamətində həyata keçirilməyə başlayacaq və gələcəkdə Türkiyə vasitəsilə Avropa ölkələrinə ötürülməsi nəzərdə tutulur. Türkiyənin tələbatı ödənildikdən sonra, yerdə qalan həcm Avropa ölkələrinə göndəriləcək".
Rusiyanın cənub qaz axınından çəkilməsinə münasibət bildirən ekspert, burada zərər çəkən tərəfin Bolqarıstan olduğunu ifadə edib: "Bir daha qeyd etmək istəyirəm ki, Rusiya bu transkontinental enerji layihəsindən kənarda qaldı. Amma son nəticə etibarilə Rusiyanın qazı yenə Bolqarıstan vasitəsilə deyil, Türkiyə vasitəsilə Avropa ölkələrinə daşınacaq. Sadəcə olaraq marşrut dəyişir. Burada Bolqarıstan tranzit ölkə olma statusunu itirir. İldə 450 milyon dollar əldə etdiyi maliyyəni əldən qaçırır. Bu qərbin Rusiyaya qarşı yönəlmiş sanskiyalarına qarşılıq olaraq atılan addımdır. Rusiya artıq Avropa İttifaqı ölkələrinə deyil, İttifaqa daxil olmayan ölkə ilə, Türkiyəylə enerji ötürməsini təmin edir. Türkiyənin Avropa bazarına artıq 60-cı illərdən bu günə qədər daxil olmaq üçün addımları nəticəsiz qalır. Günümüzdə Türkiyənin bu kimi addımları Avropa İttifaqının xeyrinə işləmir. Türkiyənin iqtisadi yönümünün şimala və şərqə yönəldilməsi, Avropa ölkələrinin xeyrinə deyil. Gələcəkdə, Avrasiya İqtisadi İttifaqının formalaşmasında Türkiyə iştirakçı ölkəyə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB