Müslim İbrahimov: “Texnikalara 40 faiz güzəşt tətbiq olunması çox münasibdir” Açıqlama

Müslim İbrahimov: “Texnikalara 40 faiz güzəşt tətbiq olunması çox münasibdir” Açıqlama

"Aqrolizinqin əsas xüsusiyyəti ilk növbədə maliyyə instrumentidir. Bu maliyyə instrumenti həm kredit, həm arenda, həm də subsidiya kimi maliyyə situasiyalarını özündə birləşdirib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslim İbrahimov deyib.

Onun sözlərinə görə, 40 % güzəştin tətbiq edilməsi münasibdir və Aqrolizinq aqrar sektörün inkişafında böyük rol oynayır: "Birinci növbədə ödəmək məsələsi durur. İlk ödəmə həcmi təbii ki, yenə də texnikaya uyğun olaraq müəyyən edilir. Yəni, hansı texnika alınacaqsa maliyyə ona uyğunlaşdırılır. Əgər texnikanın qiyməti aşağıdırsa və az texnoloji tədqiqat aparandırsa ona 40 % güzəştin tətbiq olunması çox münasibdir. Aqrolizinq birinci növbədə dövlətin aqrar sektoru ilə birgə işləməsi deməkdir. Burada həm aqro texnika, həm təcrübə, həm kənd təsərrüfatı heyvanları, bioloji elementlər, həm də mineral gübrələrlə işlər aparılır. Aqrolizingin respublikada aqrar sektorun inkişafında çox böyük rolu olduğunu görürəm. Sadəcə olaraq Aqrolizingdə işləyənlər, lizingi təşkil edən insanlar çox yaxşı mütəxəssislər olmalıdırlar ki, hansı texnikanın gətirilməsinin daha vacib olduğunu bilsinlər. Yəni, texnika gətirildiyi zaman aqrotexnikanı tam əhatə etsin. Gətirilən məhsulun nə dərəcədə lazımlı olduğunu bilsin. Tam istehsal tipli olsun. Bir sözlə məhsulun becərilməsində lazım olan bir neçə texnikanı təsərüfatçılar Aqrolizing vasitəsilə əldə etsin.

Ekspert fermerlərə güzəştli kreditlərlə verilən heyvanlardan danışarkən, ümumilikdə kreditlərin verilməsinin iş adamlarına sərbəst vəsaitdən daha asan istifadəsinə imkan verdiyini vurğulayıb: "Kənd təsərrüfatı heyvanlarının gətirilməsi ilk növbədə məhsuldarlığın artırılması üçündür. Aqro sahədə bizneslə məşğul olanlara imkan yaradılır ki, Aqrolizingdən istifadə edə bilsinlər. Çünki, əvvəllər bizneslə məşğul olanlar sərbəst vəsait əldə etməkdən çətinlik çəkirdilər. Fermerlərə verilən kredit səviyyəsi elə planlaşdırılıb ki, əldə edilən məhsuldan gələn gəlirin bir hissəsini dövlətə ödəyərək, öz bizneslərini davam etdirə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə