Bakıda "Əşyaların İnterneti" mövzusunda beynəlxalq forum keçirilib

Bakıda "Əşyaların İnterneti" mövzusunda beynəlxalq forum keçirilib

"Bakutel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində "Əşyaların İnterneti - Internet of Things" adlı beynəlxalq forum keçirilib.

SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya İqtisadi Forumunun dəstəyi ilə baş tutub. Konfransın keçirilməsində məqsəd "Əşyaların İnterneti"nin bütün aspektləri üzrə müzakirələr aparmaq, məlumat və təcrübə mübadiləsini təmin etmək olub.

Tədbirin baş sponsoru "Intel" korporasiya şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə