"Qaradağ" da quyu istismara verildi

"Qaradağ" yatağındakı 478 nömrəli istismar-basqı quyusu geoloji tədbirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, quyu VIIA horizontundan VII horizonta qaytarılıb, qazgötürməyə qoşulub. Quyudan sutkada orta hesabla 180000-190000 kubmetr qaz götürülür.

Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə