Kərəm Həsənov: “Əmlak münasibətlərində şəffaflıq daha da artıb” Açıqlama
"Azərbaycan dünya iqtisadiyyatında digər ölkələrlə müqayisədə daha inkişaf edən dövlətlərdən biridir. 2013 –cü ildə ümumi daxili məhsul 5,3 faiz artıb. Ölkəyə rabitə sahəsində 10.5, kənd təsərrüfatında 4.9 faiz, ticarət sahəsində 9.9 faiz, ümumi yanaşdıqda isə 22 milyard dollar daha çox kapitala investisiya qoyulub". Bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində bu gün "BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti" mövzusunda keçirilən beynəlxalq tədbirdə ƏMDK-nin sədri Kərəm Həsənov deyib.
Onun sözlərinə görə, əmlak məsələləri ilə bağlı olaraq Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq həyata keçririr: "Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsində də geniş addımlar atılıb. Yeni sistem yaradılıb. Nəticədə, qısa müddət ərzində əmlak münasibətlərində şəffaflıq daha da artıb. Formalaşan idarəçilik sahəsində yeni yanaşmalar təkmilləşdirilib. Dövlət əmlakı ilə bağlı olaraq son illərdə bir çox uğurlara imza atılıb. Dövlət başçısı tərəfindən müasir dövlət əmlak idarəçiliyi strukturu formalaşdırılıb. Ölkədə əmlak satışında xüsusi artım diqqət mərkəzindədir. Azərbaycan 189 ölkə içərisində əmlak məsələlərinin uğurlu siyasətinə görə 10-cu yerdə durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB