Nil Makkeyn: “Regionlara 125 milyon dollar maliyyə ayrılacaq” Açıqlama
"Bu layihəni "Dəmirbank", "Muğanbank", "Accesbank" və "Unibank" həyata keçirəcək. Energetika Nazirliyinə bu məqsədlə təşəkkür edirik. Qafqaz regionunda kredit layihələrimiz çərçivəsində həyata keçirəcəyik". SİA-nın məlumatına görə, bu sözləri "Energokredit" layihəsinin rəsmi təqdimat mərasimində çıxış edən AYİB-in Azərbaycandakı ofis rəhbəri Nil Makkeyn layihənin əhəmiyyəti ilə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, AYİB 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayıb və bu layihələr çərçivəsində ölkədə enerjiyə qənaət edilir: "Layihədə regionlara 125 milyon manat maliyyə ayrılacaq. Azərbaycan nə qədər enerji səmərəliliyindən istifadə edə bilsə, bir o qədər rəqabətə davamlı olacaqdır. Avropa Yenidənqurma və İnkişaf Bankı 2006 –ci ildən belə layihələri həyata keçirir. Biz bunu 3 mühüm biznes modeli ilə gerçəkləşdirə bilmişik. Bu layihələr Avropa Bankının enerji effektivliyini həyata keçirmək üçün çalışır. Siyasi ekspertlərimiz həm banklar, həm də istifadəçilərlə birlikdə çalışır".
Bundan başqa ölkəyə 2006 ci ildən bu yana 288 milyon manat investitisiya qoyulub. Azərbaycanda kredit xəttini açmaq üçün çalışırıq. Effektiv enerji investisiyalarını gündəmə çıxarmışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB