“Şahdəniz-2” layihəsi çərçivəsində Potidə yeni nəqliyyat terminalı açılıb
Noyabrın 22-də Potidə "Şahdəniz-2" layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb. Təntənəli açılış mərasiminə hökumət və diplomatik korpus nümayəndələri qatılıblar. AzərTAc xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər çıxış ediblər.
Baş nazir İrakli Qaribaşvili çıxışında "Şahdəniz-2" layihəsi çərçivəsində açılan nəqliyyat terminalının Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlıqların daşınmasını təmin edəcəyini bildirib. O, "Şahdəniz-2" layihəsinin əhəmiyyətini vurğulayaraq deyib: "Bu layihə Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindəndir. Layihəyə Avropanın yeni və alternativ cənub dəhlizi kimi baxılır".
Qeyd edək ki, "Şahdəniz-2" layihə çərçivəsində təbii qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB