Rövnəq Abdullayev: “Müqaviləmiz ilin axırına qədərdir” AÇIQLAMA
"Azəri - Çıraq - Günəşli" yatağına görə BP ilə alternativ proqramlar hazırlayırıq. Bu "Azəri - Çıraq - Günəşli" yataqlarının gələcək uzunmüddətli proqramlarıdır". Bu sözləri ARDNŞ-in prezidenti Rövnəq Abdullayev "Neftqazelmitədqiqatlayihə" İnstitutunda gənclərlə görüşü zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
O, BP şirkəti ilə bağlanmış 20 illik müqavilənin bu ilin sonunda başa çatacağını, bundan başqa Azərbaycanın müasir qazma qurğusunu istifadəyə verəcəyini bildirib: "Bilirsiniz ki, yataq artıq 20 ildir ki işlənilir və müəyyən işlənmə fazası qurtarıb. Uzunmüddətli və stabil neft istehsalı proqramıdır. Kontraktımız şirkətlə ilin axırına qədərdir. Yeni qurğu 2016-cı ilin axırına qədər istifadəyə veriləcək. Bu ilk qazma qurğusudur. Dünyada ən müasir qurğulardan biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB