Arif Rəhimzadə: “Qazın keyfiyyəti standartlara uyğun olub-olmaması da şübhə altındadır”
"2015-ci ilin dövlət büdcəsi son 10 ildə getdiyimiz yolu və gələcəyimizin inkişafını əks etdirən bir sənəddir". SİA-nın məlumatına görə, bunu millət vəkili Arif Rəhimzadə Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sənəd göstərir ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, çox dinamik inkişaf edir.
Çıxışı zamanı millət vəkili ölkənin qazlaşdırılması məsələsinə toxunub: "Neftçala rayonu Azərbaycanın ilk qazlaşdırılan rayonlarından birdir. Çünki, bu rayonun özündə neft və qaz hasil edilib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi bu rayonun 50 faizi qazlaşdırılıb. Bu böyük problemdir. 2014-cü ildə ölkənin qazlaşdırılmasına cəmi 60 milyon manat vəsait ayrılıb. Bilmək istəyərdim ki, 2015-ci ildə qazlaşdırılmaya nə qədər vəsait ayrılacaq?".
"Azərbaycan Avropanın qazlaşdırılması üçün böyük işlər görür. Bu layihələrin mahiyyətini, siyasi mənası anlayıram. Amma respublikanın qazını kənara çıxarmaqda müəyyən bir disproporsiya var.Buna baxmaq lazımdır. Avropanın qazlaşdırılmasına ayrılan böyük vəsaitlərin qarşılığında 60 milyon nədir? Güman edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq dönüş yaradılacaq", - deyə, A.Rəhimzadə bildirib.
A.Rəhimzadə qazın çatdırılması və keyfiyyətində də müəyyən problemlərin olduğunu diqqətə çatdırıb: "Qaz sistemlərində təzyiq təmin edilə bilmir. Qazın keyfiyyəti standartlara uyğun olub-olmaması da şübhə altındadır. Bu məsələyə də ciddi fikir vermək lazımdır. Biz Avropanın hörmətini qazanmaq istəyiriksə, göstərməliyik ki, bu işə Azərbaycanda necə yanaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB