Bu quyudan sutkada 5 ton neft hasil ediləcək

Bu quyudan sutkada 5 ton neft hasil ediləcək

"Çilov" yatağındakı 112 saylı özüldən 112 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə