Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 14 noyabr 2014-cü ildə Tbilisidə keçiriləcək II Beynəlxalq Caspian Energy Forum – 2014 (www.caspianenergyforum.com) beynəlxalq investorların böyük marağına səbəb olaraq, rekord sayda iştirakçı və nümayəndələrin diqqətini cəlb edib. Konfransın proqramı üç hissədən ibarətdir. Caspian Energy Forumun birinci seksiyası Gürcüstanın Baş nazirin müavini, Energetika naziri Kaxa Kaladzenin sədrliyi ilə keçiriləcək, Xəzər - Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasına, Gürcüstanın əsas rol oynadığı enerji, nəqliyyat və infrastruktur layihələrinə həsr olunacaq. Caspian European Forumun ikinci seksiyası Gürcüstanın Baş nazirin müavini, İqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvilinin sədrliyi ilə keçiriləcək, iqtisadi sektorun inkişafına və AB-i ilə qarşılıqlı münasibətlərin perspektivlərinə həsr olunacaq.
Forum bitdikdən sonra, şirkət rəhbərlərinin Gürcüstanın qadınlar arasında şahmat üzrə beşqat çempionu, olimpiya çempionu Maya Lomineişvili ilə eyni zamanda keçiriləcək şahmat oyunu seansında iştirak etmək imkanı olacaq.
Həmin gün keçiriləcək rəsmi ziyafət çərçivəsində Caspian Energy Award Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Tbilisidə keçiriləcək tədbirdə Gürcüstanın, Xəzər - Qara dəniz və Aralıq dənizi regionlarının dövlət strukturlarının, nazirliklərinin, təşkilatlarının rəhbərləri, eyni zamanda Gürcüstanda akkreditasiya olmuş diplomatik və beynəlxalq missiyalarının nümayəndələri və beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.
Forumu Gürcüstanın Prezident Administrasiyası, Gürcüstanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf Nazirliyi, SOCAR Energy Georgia, Georgian Oil and Gas Corporation və Caspian European Club rəsmi dəstəkləyirlər.
Forumun qızıl sponsorları: PASHA Bank Georgia LLC və Cross Caspian Oil&Gas Logistics LLC, gümüş sponsoru: Caspian Well Services Georgia LTD, bürünc sponsorları: SNF Vostok LLC, Azertexnolayn LLC, Murphy Shipping and Commercial Services və Improtex Travel Tours&Conferences.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB