Neft Emalı Zavodunun istismarı dayandırılacaq

Neft Emalı Zavodunun istismarı dayandırılacaq

"Bu gün keçirilən II "ARDNŞ NQNK Forumu" Azərbaycanda həyata keçirilən böyük bir layihənin təqdim etmə mərasimidir. Əlavə dəyər yaradan bu layihəyə 30 ölkədən 150 şirkət qatılıb. İlkin mərhələdə neft-qaz emalı və neft-kimya sahəsi müzakirə olunub". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ-nin prezidenti həmçinin bildirib ki, yaxın vaxtlarda "Azərneftyağ" Neft Emalı Zavodunun istismarının dayandırılması planlaşdırılır: "Artıq qərar qəbul olundu ki, Heydər Əliyev adına Neft Emalı Zavodunu tez bir zamanda modernləşdirək və bu layihəyə bir milyarda qədər olan investisiya yatıraq. Bununla da 2030-cu ilə qədər Avro-5 standartı ilə Azərbaycanın yüksək oktanlı benzin tələbatını ödəyək. 2017-ci ilə bitum və müəyyən yağların istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilməyə başlayanda artıq Azərneftyağ" Neft Emalı Zavodunun binası da söküləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə