"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna dəyişiklik edilib

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan prezidenti İlham Əliyev "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə