Azərbaycanda "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Naxçıvan MR-in yaradılmasına həsr olunmuş gümüş sikkələr buraxılacaq. SİA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı "Naxçıvan MR - 90 il" mövzusunda qızıl, "Əsrin müqaviləsi - 20 il" və "Bakı-Tbilisi-Qars dəmir yolu" mövzularında gümüş xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün xatirə sikkələrinin eskizləri və iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti 15 noyabr 2014-cü il tarixinədək Mərkəzi Banka təqdim olunmalıdır. Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq.
Qeyd edək ki, hər mövzu üzrə müsabiqənin qalibi 500 manat məbləğində pul mükafatı və bir ədəd gümüş xatirə sikkəsi alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB