Litva Respublikasının Baş naziri Alqidras Butkyaviçyus Caspian Energy International Media Group-un oxucularını və redaksiya heyyətini dünya informasiya bazarında 15 illik fəaliyyət yubileyi münasibəti ilə təbrik edib.
"Bu il Litva müstəqilliyinin bərpasının 24-cü ildönümünü qeyd edib. 2014-cü ilin oktyabr ayı həm də energetika sahəsində müstəqilliyinin başlanğıcı ilə yad olunur. Kalypeda limanında MTQ – terminalı, eyni zamanda cari elektro-enerji layihələri, Litvanın AB-nin vahid enerji siyasətinə əsaslanan, enerji diversifikasiyasının təminatı səylərini nümayiş etdirir" - deyə, Litvanın baş naziri Alqidras Butkyaviçyus qeyd edib.
"Enerji təhlükəsizliyi olduqca vacibdir və açıq, rəqabət qabiliyyətli iqtisadiyyata aparır. Bu gün Litva diqqətini xəzər və qaradəniz regionları ölkələri ilə sıx əməkdaşlığa meyillənib və energetika, nəqliyyat və infrastruktur sahələrində birgə layihələrin gerçəkləşməsi üçün əməkdaşlığın potensialından yararlanmağa hazırdır. İkitərəfli sıx tanışlıq əməkdaşlıq və indiki münasibətlərin səviyyəsinin inkişafı bizə daha yaxşı gələcək inşa etməyə imkan yaradacaq" - deyə, Litva hökumət rəhbəri bildirib.
"Hörmətli Caspian Energy oxucuları, Sizi "Caspian Energy"jurnalının 15 illik fəaliyyəti münasibəti ilə təbrik edirəm. Sizə hərtərəfli uğurlar arzulayıram!" - deyə, Litva Respublikasının Baş naziri Alqidras Butkyaviçyus deyib.
Litvanın baş naziri Alqidras Butkyaviçyus ilə eksklyuziv müsahibəsilə Caspian Energy jurnalının növbəti saylarının birində tanış ola bilərsiniz.
Caspian Energy jurnalının 2014-cü ildə dərc olunan saylarında Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarski, İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter, Çexiya Respublikasının prezidenti Miloş Zeman, Xorvatiya prezidenti İvo Yosopoviç, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müsahibələr yer alıb.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı xəzər-qaradəniz və baltik regionlarının 5 ən yaxşı nəşrlər siyahısına daxil olunub. Eyni zamanda, Caspian Energy xəzə-qaradəniz və baltik regionlarında investorların fəaliyyətinin müəyyən olunmasında bələdçi rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB