Sahibkarlar Orta Asiya ilə ticarətdə Xəzərdən istifadə edəcək
Orta Asiya ölkələrinə yük daşıyan türk sahibkarlar özlərinə maddi və mənəvi böyük çətinliklər çıxardığını vurğuladıqları İranı "by pass" etmək istəyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunun üçün nəqliyatçılar Xəzər üzərində "dəniz magistralı" qurmağı planlaşdırır. Türk "TIR"ları İran əvəzinə Gürcüstan və Azərbaycanı keçərək "Ro – Ro" gəmiləri ilə Xəzəri aşacaq və Türkmənistana çatacaq. Beynəlxalq Nəqliyyatçılar Cəmiyyəti Türkiyə - İran arasında neft fərqi və keçid qiymətindən yaranan gərginliyə həll tapmaq üçün alternativ yollar axtarır. 20 ildir ki, İran tərəfi Türk maşınlarından tək istiqamətdə edilən hərəkətlərdə 750 dollar əlavə xərclə birlikdə, Türkiyəyə geri dönüş zamanı da çəndə qalan yanacaq üçün 550 dollar əlavə vergi alır.
BNC tərəfindən keçirilən mətbuat konfransında çıxış edən qurumun idarə heyətinin rəhbəri Fatih Şənər bunları vurğulayıb: Bu günə kimi 2 önəmli görüş keçirmişik. Bunlardan birincisi Azərbaycanlı bir sərmayədardır. Sərmayədarın dəqiqləşməsi ilə birlikdə Xəzər Dənizinə ediləcək yatırım hazırda sadəcə qatar vaqonu daşıma istiqamətində olan "Ro – Ro" gəmilərinin yenilənməsini əhatə edəcək. Sərmayə sayəsində 200 TIR daşıya biləcək "Ro – Ro" gəmilərinin alınması planlaşdırılır. İndidən Gürcüstan, Azərbaycan və Türkmənistana İrandan yönləndiriləcək "TIR" qovşağı məsələsində məlumatlandırma aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB