Murtuzəli Hacıyev: “Meyvənin qiymətində enmə müşahidə olunur” Açıqlama
"Son günlərdə Azərbaycanın daxili bazarında meyvə - tərəvəz qiymətlərində hərəkətliliyin olduğu müşahidə olunur. Bazarlarda tərəvəzin qiyməti artsa da, meyvənin qiymətində 50 % - ə qədər enmə müşahidə olunur". Meyvə - tərəvəzin qiymətlərindəki bu dəşikliklərin səbəbini SİA-ya açıqalmasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev izah edib.
Onun sözlərinə görə, tərəvəz, xüsusilə də bostan məhsullarında qiymət artımı var, bu da təbiidir: "Bu mövsümi xarakter daşıyır. Çünki açıq sahələrdə tərəvəz məhsullarının yığımı yekunlaşıb".
Meyvənin qiymətində kəskin aşağı düşmələrin olduğunu deyən Nazirliyin nümayəndəsi, qiymətlərin tam liberallaşdığını ifadə edib: "Meyvənin qiymətində enmə müşahidə olunur. Narın qiyməti isə 50 % enib. Keçən həftə 1 manat olub, bu həftə isə 50 qəpikdir. Hətta 40 və 30 qəpiyə də düşüb, yəni enmə var. İkinci tərəfdən qiymətlər artıq tam liberallaşıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB