BTC kəməri ilə 2,3 milyon tona yaxın neft nəql olunub

BTC kəməri ilə 2,3 milyon tona yaxın neft nəql olunub

Sentyabrda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 285 min 783 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 21 milyon 844 min 191 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabrın 1-dək BTC-yə 257 milyon 160 min 695 ton neft vurulub.

Sentyabr ayında BTC kəməri ilə ümumilikdə 385 min 597 ton Türkmənistan və Qazaxıstan nefti nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə