Vüqar Qədirov: “Məcburi köçkün sahibkarların fəaliyyətində yeni dönəm başlayır”

Vüqar Qədirov: “Məcburi köçkün sahibkarların fəaliyyətində yeni dönəm başlayır”

"Məcburi köçkün sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi təqdirəlayiq addımdır. Bununla məcburi köçkün sahibkarların fəaliyyətində yeni dönəm başlayır". Bu fikirləri SİA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib.

O bildirib ki, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı olaraq bu məsələ ilə bağlı dövlətə müraciət etmişdilər. İndi bu müraciətin müsbət nəticəsini görmək sevindirici haldır: "Dövlətin məcburi köçkünlərə humanitar yardım etməsi onların inkişafına təkan verəcək layihələrə xüsusi önəm verdiyini bir daha sübut edir. Bu gün yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı əhalinin bütün təbəqələri ilə yanaşı, məcburi köçkünlərin də sosial rifahının yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Məcburi köçkün sahibkarlara güzəştli kreditlərin verilməsi həm onların sahibkar kimi formalaşmasında, həm də işsiz olan məcburi köçkünlərin bu sahəyə cəlb olunmasında böyük rola malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə