"Neft Daşları" yatağındakı 2150 nömrəli platformadan 2151 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
"Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1720 metrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB