Vüqar Bayramlı: “Tələbatların yüksək olması daşınmaz əmlak bazarında qiymət artımına təsir edir” MÜNASİBƏT
"Yay aylarında daşınmaz əmlak bazarında qiymətlərin müəyyən qədər stabilləşməsi müşahidə olundu. Buna görə də sentyabr ayından qiymətlərin artması öncədən proqnozlaşdırılırdı". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.
O bildirib ki, əmlak bazarında qiymətlərin artmasına əhalinin sosial vəziyyətinin yaxşılaşması da təsir göstərir: "2014-cü ildə təklif olunan ipoteka kreditləri də nəzərə alınmaqla, ümumilikdə daşınmaz əmlak bazarına 250 milyon manata yaxın vəsaitin daxil olacağı gözlənilir. Bu da təbii ki, qiymət artımında özünü büruzə verir. Həmçinin, əhalinin gəlirlərinin artması da qiymətlərin bahalaşmasına öz təsirini göstərir. Bu ilin ilk doqquz ayında əhalinin gəlirlərindəki artım inflyasiya səviyyəsindən 3,4 dəfə çox olub. Beləliklə əmlak bazarında tələbatlar artmaqla qiymətlərdə də artım olub. 2014-cü ildə daşınmaz əmlak bazarında təxminən 7% qiymət artımı müşahidə olunub. Növbəti aylarda isə bu qiymətlərin stabilləşəcəyi proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB