Qəzvin-Rəşt-Astara yolu ilə bağlı danışıqlar aparılır

Qəzvin-Rəşt-Astara yolu ilə bağlı danışıqlar aparılır

"Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olan və Azərbaycan, Rusiya və İran tərəfindən tikintisi həyata keçirilən Qəzvin-Rəşt-Astara dəmir yolu ilə əlaqədar üç ölkə arasında hazırda danışıqlar aparılır". SİA-nın xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov məlumat verib.

Sözügedən məsələ ilə bağlı aidiyyatı protokollar imzalandığını dilə gətirən Arif Əsgərov bildirib ki, oktyabrın 21-22-də Azərbaycanda Dəmir Yolları Şurasının iclası keçiriləcək və bu məsələyə bir daha orada da baxılacaq.

Bakı-Tiflis-Qars dəmir yolu ilə bağlı məsələyə gəlincə, A. Əsgərov onu da bildirib ki, layihə ilə bağlı yol təsərrüfatı işləri artıq başa çatmaq üzrədir: "Gürcüstanda Ahalkalaki stansiyasında quruculuq işləri qalıb. Hazırda bu stansiyada işlər tamamlanma mərhələsindədir. Öncədən məlumat verildiyi kimi, bu ilin sonuna qədər işçi qatar Türkiyə ilə sərhədə kimi yola düşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə