Milli Məclisin bugünkü plenar iclasında "Poçt haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı məsələyə baxılıb. SİA-nın xəbərinə görə, dəyişikliklər barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O bildirib ki, təklif olunan yeni dəyişikliyə əsasən milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti Mərkəzi Bank tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda nəzərdə tutulan hallarda və qaydada həyata keçirilir.
Xatırladaq ki, mövcud dəyişikliyə görə isə milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti səlahiyyətləri daxilində Mərkəzi Bank və qanunverciliklə müəyyən olunan qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qeyd edək ki, müzakirələrin sonunda dəyişikliklər qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB