“Excelsior Hotel Baku” otelində “Fashion Night 2014” tədbiri keçirildi FOTO

"Excelsior Hotel Baku" və Azərbaycanın tanınmış model agentliyi Fashion model school by Lyubov Gutorova tərəfindən "Fashion Night 2014" tədbiri keçirildi. "Excelsior Hotel Baku" otelinin yay terrasında keçirilən dəbli tədbir 2014-cü ilin ən böyük beynəlxalq tədbiri oldu. Tədbirdə azərbaycanlı dizaynerlər Zümrüd Mirzəliyeva, Hökumə Hacıyeva və Günel Behbudovayla bərabər, həm də ukraynalı dizayner Svetlana Dmitrenko da iştirak etdi.

"Baku Fashion Night 2014" tədbirinin təşkilatçılarından biri, Fashion Model School model agentliyinin rəhbəri Lyubov Qutorova mətbuat konfransında qeyd edib ki, biz, yerli dizaynerləri dəstəkləmək məqsədilə silsilə moda tədbirləri keçiririk. Baku Fashion Night 2014 onlardan biri olacaq və yaxın gələcəkdə bu tədbir davamlı olaraq keçiriləcək: "Giriş biletlərinin qiyməti çox münasibdir - bununla biz müasir dəb mədəniyyətinin inkişafı və təbliği üçün daha böyük kütləni cəlb etmək niyyətindəyik. Fashion Model School gələcəkdə də belə tədbirlər keçirməyi və bu istiqamətdə işlərinin davamlılığını planlaşdırır. Bu, belə tədbirlərin daha çox keçirilməsinə, yerli dizaynerlərə dəstək olmağa və xarici dizaynerlərin ölkəmizə dəvət edilməsinə gətirib çıxaracaq".

Baku Fashion Night 2014 layihəsinin iştirakçıları və nümayiş ediləcək kolleksiyalar haqda qısa məlumat

Zümrüd Mirzəliyeva (Azərbaycan)

Perspektivli Azərbaycan dizayneri Zümrüd Mirzəliyeva eyni adlı moda evinin sahibidir. Azərbaycan fashion biznesində Zümrüd yeni deyil və fəaliyyəti dövründə az iş görməyib, özünəməxsus və bənzərsiz, lakin asan tanınan və sevilən üslubuyla ölkənin aparıcı dizaynerlərindən birinə çevrilib. Onun istehlakçıları Bakı bomondunun nümayəndələri, TV və şou-biznesin ulduzları, mədəniyyət və incəsənət xadimləridir ki, onlar da Zümrüdün simasında yalnız moda dünyasının bələdçisi deyil, eyni zamanda həmişə köməyə gələn sadiq dost və məsləhətçi tapıb. "Zümrüd Mirzəliyeva" brendinin nümunələrində siz qırmızı xalının şahzadəsi olacaqsız və sizin cəmiyyətə çıxışınız birmənalı olaraq nəzərdən qaçmayacaq. Ən əsası isə odur ki, Zümrüd Mirzəliyeva brendi yüksək keyfiyyət, təkrarolunmaz üslub və əla zövq nümunəsidir. "Baku Fashion Night 2014" çərçivəsində Zümrüd Mirzəliyeva üç kolleksiya təqdim edir. Bunlar - "Azərbaycan 2014", ziyafət geyimləri kolleksiyası və pret-a-porte-dir.

Hökümə Hacıyeva (Azərbaycan)

Azərbaycanın hazır geyim dizayneri Hökumə Hacıyeva 2014-cü ildə HOKUMA by Hokuma Haciyeva demokratik brendini yaradıb. Dizayner, elə həmin ilin yanvar ayında ilk kolleksiyasını - yay-yaz 2014-ü, iyul ayında isə payız-qış 2014-ü təqdim edib. Hökumə Hacıyeva çoxfunksiyalı geyim forması hazırlamağa üstünlük verir ki, hər bir qadın belə geyimləri müxtəlif aksessuararla uzlaşdıra bilər. Payız-qış 2014 kolleksiyasının ilham mənbəyinin Azərbaycan xalçalarının instalyasiyası olduğunu qeyd edən Hökumə Hacıyeva, şərqi Avropa mədəniyyətinin vurğunudur və onun modelləri müasir vətənpərvərlik üslubunda hazırlanır. Beləliklə də etnik motivlər kolleksiyaya xüsusi cizgilər verir. Lakin kolleksiya ümumi konsepsiyada məhz Hökümə brendinin payız boxo-şik üslubu təəssüratı yaradır. Bu cür həcmli işləri biz yəqin ki, sonuncu dəfə Celine və ya Chloe nümayişlərində görmüşük. Lakin Hökumə Hacıyeva konseptual ideyadan məhrum olmayan geyimlər hazırlamaqda qeyri-adi bacarığa malikdir. Bu geyimləri isə biz əsl lyuks adlandırırıq.

Günel Behbudova (Azərbaycan)

Moda sənayesi sektorunda ən hörmətli və tanınan Moda Evlərindən biri olan "FASHION MYSTERY" nin tarixi 2010-cu ildən başlayır. Onun yaradıcısı isə rəssam-modelyer Günel Behbudovadır. Öz karyerasına şəxsi stilist və geyim dizayneri kimi başlayan Günel Behbudova çox tez bir zamanda geniş auditoriyanın diqqətini cəlb edib və tanınmağa başlayıb.

Bu gün "FASHION MYSTERY" Moda Evi moda aləmində öz layiqli yerini tutur və onun kolleksiyasının şedevrləri dünya içtimaiyyətinin rəğbətini qazanaraq, moda sənayesinin inkişafına misilsiz töhvələr verir. Moda evinin fəaliyyətinin əsas istiqaməti - toy, ziyafət və buraxılışlar üçün təkrarolunmaz geyimlərin istehsalı və gündəlik geyimlərin, eləcə də aksessuarların hazırlanmasıdır. Moda Evi şou-biznes ulduzlarının yeni obrazları üzərində çalışır. Toy və axşam geyimlərinin və aksessuarlarının istehsalı yeni model eskizlərinin yaradılmasıyla başlayır. Yaradılan hər bir model ideal tikiş üslubu, xətlərin mükəmməl təmizliyi ilə fərqlənir. Burda xammalın keyfiyyətinə xüsusi fikir verilir. Eksklüziv modellər, elə eksklüziv xammaldan hazırlanır. Moda Evində bəzək işləmələrinin bütün növlərindən istifadə edilir ki, bunların arasında parça üzərində müxtəlif texnologiyalarla naxışsalmanı göstərə bilərik. Lakin naxışsalmanın tacı əllə işləmələr və applikasiyadır. Burdakı ustalar əllə naxışsalma texnologiyasını mükəmməl bilir. Moda Evi ildə iki dəfə dəbli geyim kolleksiyası prêt-a-porte de lux-u təqdim edir. Hər kolleksiya öz mükəmməl tikiş və incə üslubuyla fərqlənir. Təkrarolunmazlığıyla seçilən modellərdə modanın son nailiyyətləri öz əksini tapır. "FASHION MYSTERY" Moda Evinin siyasəti - hər bir istehlakçlısını xoşbəxt etməkdir. Sizi moda dünyasına səyahətə dəvət edirik.

Svetlana Dmitrenko (Ukrayna)

Ukraynalı gənc dizayner Svetlana Dmitrenko Di’Lana brendinin yaradıcısıdır. Moda sənayesində Svetlana cəmi iki ildir fəaliyyət göstərir. Lakin bu vaxt ərzində o, artıq üç geyim və dəri aksessuarlar kolleksiyası təqdim edib. Bundan əlavə, Svetlana ölkəsinin aparıcı telekanallarıyla əməkdaşlıq edir - onun brendinin geyimlərində telekanalın aparıcıları ekrana çıxır, müxtəlif fashion və telelayihələrdə iştirak edir.

Di’Lana brendi - incə zövqün, qadınlığın və yaraşığın təcəssümüdür. Bu brend həmişə aktual olacaq və onunçün məhdudiyyət və çərçivə yoxdur. Geyim yaradarkən dizayner öz işinə və istehlakçılarına məhəbbətdən ruhlanır. Dizayner deyir ki, Di’Lana-nın istehlakçıları imkanlı, zövqlü, görkəmli şəxslərdir, onlara cəmiyyətdəki stereotiplər yaddır və onların ən əsas məqsədi qadın olmaqdır. Buna görə də Svetlana Dmitrenkonun bütün modelləri qadınlığı təcəssüm etdirir və təkrarolunmazdır.

Dizaynerin əsas fəxr qaynağı gələcək analar üçün hazırladığı geyimlərdir. Çünki yeni bir həyat gözləyərkən qadının gözəl əhvalı və kövrəkliyini göstərə bilmək istəyi mükəmməl bir hissdir. Qeyd etmək lazımdır ki, Svetlana bunun öhdəsindən bacarıqla gəlir və onun Di’Lana Ana geyimləri zövqlü gələcək analar tərəfindən çox bəyənilir.

"Baku Fashion Night 2014" çərçivəsində Svetlana Dmitrenko yüksək keyfiyyətli xammaldan hazırlanan və inanılmaz dərəcədə qadınlığı təcəssüm etdirən 2014-2015 kruiz kolleksiyasını təqdim edir. Bir sıra modellərdə idman və klassik üslublarının uzlaşması hiss olunur. Kolleksiyada həm gündəlik tələbat, həm də xüsusi günlərdə geyinmək üçün nəzərdə tutulan modellər nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə