"Bakıelektrikşəbəkə" QSC Bakıda yeni yarımstansiyalar inşa etdirir
Agentliyin redaksiyasına daxil olan şikayətdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilməsində fasilələr yarandığını bildiriblər. SİA mövcud məsələni araşdırmaq üçün "Bakıelektrikşəbəkə" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.
O, SİA-ya açıqlamasında bildirdi ki, "Bakıelektrikşəbəkə" QSC artıq qış mövsümünə hazırlıqla bağlı işlərə start verib və buna görə də adıçəkilən ərazidə əhaliyə elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranıb: "Belə ki, qurum Bakı şəhərinin bir çox rayon və qəsəbələrində yeni yarımstansiyaların inşası ilə bağlı elektrik enerjisini fasiələrlə verir. Bu da mütəmadi şəkildə olmur. Yalnız həftədə 1-2 dəfə bu hal yaşanır. Lakin əvvəlcədən əhali bununla bağlı xəbərdar olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB