"Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözllərinə görə, hazırda "Naxtel" Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib: "Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcək, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik".
Nazir onu da əlavə edib ki, Azərbaycanın üçüncü stasionar orbitə malik peyki digər xarici dövlətlərin orbital mövqelərini uzun müddətli kirayəyə götürüb istifadə edəcək: "Bu, Azərbaycana aid olan orbiatal mövqelərdə müəyyən koordinasiya problemlərinin olması ilə bağlıdır. O, həmçinin əlavə edib ki, üçüncü stasionar orbitə malik peykin buraxılması 2017-cilə planlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB