Yeni yolötürücüsünün tikintisinə başlanılıb FOTO

Yeni yolötürücüsünün tikintisinə başlanılıb FOTO

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsinə paralel olan köməkçi yolun yenidənqurulması və 9-cu km-də (Biləcəri hissəsində) yeni inşa olunan yolötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir". Bu barədə SiA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bundan əlavə sözügedən yolötürücüsünə paralel yeni yolötürücüsünün tikintisinə də başlanılıb: "Artıq yolötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə aşırım tirlərinin qoyulmasına başlanılacaq. Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə