Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz" şirkətinə kredit ayrılması məsələsinə dair iclası 2016-cı il noyabrın 13-də keçiriləcək. SİA bu barədə AİB-in rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, "Şahdəniz-2" layihəsinin əlavə maliyyələşdirilməsi üçün AİB "LUKOIL Overseas Shah Deniz" şirkətinə 450 milyon dollar ayırmağa hazırdır. Həmin layihə çərçivəsində 20-dən artıq quyunun qazılması, iki özülün tikintisi, sualtı infrastrukturun yaradılması, Səngəçal neft terminalının və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi nəzərdə tutulur.
Nəzərdə tutulan vəsaitin ümumi həcmindən 250 milyon dollar LIBOR dərəcəsi üzrə, yerdə qalan 200 milyon dollar isə əlavə maliyyələşdirmə sxemi üzrə təqdim olunacaq.
Xatırladaq ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik olan "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB