“Palçıq pilpiləsi” yatağında yüksək təzyiqli qazlift xətləri çəkilir
"Palçıq pilpiləsi" yatağında meydançalararası yeni yüksək təzyiqli qazlift xətləri çəkilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, qaz təminatının fasiləsizliyini, eləcə də hasilatın artırılması və onun sualtı boru kəmərləri vasitəsilə təhlükəsiz nəqlini təmin etmək məqsədilə indiyədək 1070 metr uzunluğunda müxtəlif diametrli boru kəmərləri dənizə nəql olunaraq quraşdırılıb. Hər iki özüldə dik boruların mövcud sistemlə əlaqələndirilməsi nəzərdə tutulur.
"Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə "Neftqaztikinti" Trestinin 2 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilən işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB