Bakının Nəsimi rayonunda təmirə bağlanan yol açılıb. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, 20 yanvar küçəsinin Moskva prospekti (Şamaxinka) ilə kəsişdiyi hissədən, Cavdaxan küçəsi (4-cü mikrorayon) ilə kəsişdiyi hissəyə qədər olan sahəsi tamamən təmir edilib.
Burada artıq asfalt örtüyü çəkilib, yeni bordürlər və yağış suları üçün quraşdırılan axarların qapaqları qoyulub. 20 yanvar küçəsində nəqliyyatın hərəkəti bərpa edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB